Ramzan Kadırov 16 və 17 yaşlı iki oğlunu gizli şəkildə azyaşlı qızlara evləndiribbackend

Ramzan Kadırov 16 və 17 yaşlı iki oğlunu gizli şəkildə azyaşlı qızlara evləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan lideri Ramzan Kadırov oğullarını evləndirib. “Mühüm hekayələr” və “Novaya qazeta Europe” layihələrinə görə, iyunun 8-də Çeçenistan rəhbərinin iki oğlu – 17 yaşlı Əli və 16 yaşlı Adam gizli şəkildə evləniblər.

17 yaşlı Əlinin həyat yoldaşı Dövlət Dumasının deputatı Adam Delimxanovun nəvəsi olub. Bəzi KİV-lərə görə, Delimxanov Kadırovun əmisi oğludur. Yəni, “Putinin piyadası”nın oğlu ikinci əmisi oğlu ilə evlənib.

Jurnalistlər gəlinin anası Xedi Delimxanovanın sosial şəbəkələrini təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Əlinin həyat yoldaşının yaşı 14-dən çox ola bilməz. KİV-in məlumatına görə, 16 yaşlı Adam Kadırov isə Delimxanovun əmisi oğlu senator Süleyman Geremeyevin qızı ilə evlənib. Qızın neçə yaşının olduğunu və adını da müəyyən etmək mümkün olmayıb. Jurnalistlərin qeyd etdiyi kimi, Kadırovun oğullarının nüfuzlu çeçenlərin qızları ilə ikiqat toyu atasının ölümü halında ailəni qorumaq cəhdidir.

//Samir Qurbanov, Editor.az