Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Qərb ölkələri Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında münasibətləri pisləşdirməyə çalışır.
Belə bir ssenarinin inkişafının qarşısını almaq üçün o, digər məsələlərlə yanaşı, çeçen təhlükəsizlik qüvvələrinin Suriyada küçələrdə patrul xidmətinə göndərilməsini təklif edib. “Çeçenistan Respublikasının polisi artıq Suriyanın bəzi bölgələrində asayişi təmin edib, insanları talan və zorakılıqdan qoruyub… Biz unikal təcrübə və biliklərin Suriya polisinə ötürülməsi üçün V.V.Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetindən təlimatçılar göndərməyə hazırıq”, – Ramzan Kadırov Telegram kanalında yazıb.
Çeçenistan rəhbərinin sözlərinə görə, Rusiyanın Suriyada mövcudluğu “sabitlik və xalqın təhlükəsizliyi məqsədlərini güdəcək”. O əlavə edib ki, Moskva dəfələrlə Dəməşqə humanitar problemlərin həllində kömək edib. Rusiya ilə Suriya arasında münasibətləri yaxşılaşdırmaq üçün Ramzan Kadırov “Həyat Təhrir əş-Şam” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılmasını da təklif edib. Onun qurucusu Əbu Məhəmməd Əl-Culani dekabrın əvvəlində Suriyanın yeni hakimiyyət orqanlarının rəhbəri olub.
//Samir Qurbanov, Editor.az