Ramzan Kadırov Donbasa yeni “könüllülər” qrupu göndəribbackend

Ramzan Kadırov Donbasa yeni “könüllülər” qrupu göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov Donbasa yeni “könüllülər” qrupunun göndərildiyini açıqlayıb.

Editor.az-ın verdiyi xəbərə görə, Kadırov qeyd edib ki, döyüşçülər Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində qısamüddətli təlim kursu keçib, həmçinin reallığa mümkün qədər yaxın şəraitdə səngər döyüşü texnikasını işləyib hazırlayıblar.

Xatırladaq ki, bu, Ramzan Kadırovun elan etdiyi ilk könüllü dəəstəsi deyil. Belə ki, o, 10 oktyabr, 30 sentyabr, 27 sentyabr, 19 sentyabr tarixlərində də hərbi əməliyyatlar zonasına könüllülərin göndərilməsi barədə məlumat vermişdi.

  //Samir,Qurbanov,Editor.az