Ramzan Kadırov Donlad Trampın Ukraynadakı müharibəni necə dayandıracağını bilirbackend

Ramzan Kadırov Donlad Trampın Ukraynadakı müharibəni necə dayandıracağını bilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya maliyyəni dayandıra bilər, lakin münaqişənin həlli ilə bağlı son söz Rusiya prezidenti Vladimir Putində qalır.

Kadırov Donald Trampın dərhal atəşkəs və sülh danışıqlarının başlaması çağırışını belə şərh edib: “Tramp şərt qoymur. Tramp maliyyələşdirməni dayandıra, rus xalqını öldürmək üçün göndərilən muzdluları dayandıra bilər. Ona görə də qətiyyətli addımı, buna son qoya bilən yalnız prezidentimizdir. Bu, bütün söhbətləri dayandıracaq”, – Çeçenistan rəhbəri jurnalistlərlə söhbətində bildirib.

Ramzan Kadırov Rusiyanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayaraq, buna “bütün şeytanları məhv etməklə” nail oluna biləcəyi qənaətində olduğunu deyib. “Mən bütün bu şeytanların məhv edilməsinin, ərazilərin geri alınmasının və ölkəmizin təhlükəsizliyinin təmin olunmasının tərəfdarıyam. Yalnız bundan sonra söz demək olar”, o əlavə edib.
Bir gün əvvəl cənab Tramp “Truth Social” sosial şəbəkəsində Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına başlamağa çağıran yazı dərc edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti münaqişəni dayandırmaq üçün Rusiya tərəfi ilə müqavilə bağlamaq istəyir. Donald Trampın bəyanatını şərh edən prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, sülh sazişlərinə doğru irəliləmək üçün Ukrayna Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldırmalıdır.

//Samir Qurbanov, Editor.az