Çeçenistan rəhbəri Ramzan Kadırov bir gün əvvəl Estoniyada qəbul edilmiş və Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə icazə verən qanunu şərh edib.
Kadırov bu qanuna Estoniyaya “məqsədli raket zərbələri” ilə cavab verməyə çağırıb: “Hesab edirəm ki, bu cür çağırışlara mərasimsiz – qəti və sərt şəkildə cavab verilməlidir.
Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir! Ona görə də hesab edirəm ki, ölkəmizi açıq-aşkar soymaq üçün belə qərarların verildiyi məqamlar raket zərbəsi üçün bir nömrəli hədəfə çevrilməlidir! Mən sözün əsl mənasında danışıram”, – deyə Çeçenistan rəhbəri Telegram kanalında yazıb.
Kadırovun fikrincə, Rusiya “Kinjal” hipersəs raket sistemləri ilə “əsas nöqtələri” vurmalıdır ki, “ən qaynar estoniyalı başları ağıla gətirsin”.
//Samir Qurbanov, Editor.az