Ramzan Kadırov inquşlara 3 gün vaxt verdi: “Qalan kəndlərinizi də əlinizdən alaram!”backend

Ramzan Kadırov inquşlara 3 gün vaxt verdi: “Qalan kəndlərinizi də əlinizdən alaram!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sizin kimi təxribatçıları kişi və adam saymıram”
Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu inquş xalqını açıq təhdid edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki o, müraciətini birbaşa özünün instagram hesabında səsləndirib. Kadırovun sözlərinə görə, inquş xalqının ona qarşı ittiham irəli sürmək üçün üç gün vaxtı var.
“İnquş xalqından böyük xahiş! Əgər mən sizin düşməninizəmsə, o zaman günah və cəzanın dərəcəsini müəyyən edin. Nə etmək istədiyinizi deyin: döyməkmi, qovmaqmı, öldürməkmi”, – deyə çeçen lideri söyləyib.
Ramzan Kadırov inquş xalqının ona hər hansı ittiham irəli sürmədiyi təqdirdə, şərəfini ləkələyən hər kəsdən hesab soracağını bildirib.
Çeçenistan rəhbəri inquşları üstəlik doğma torpaqlarının qalanını da əllərindən alacağı ilə hədələyib. “Buradan təxribatçılara səslənirəm. Mən sizdən torpaq qopardım, çünki sizi adam və kişi saymıram. Əgər sakitləşməsəniz sizin qalan kəndlərinizi də əlinizdən alacağam” , – deyə o bəyan edib.