Ramzan Kadırov müəmmalı şəkildə yoxa çıxıb?backend

Ramzan Kadırov müəmmalı şəkildə yoxa çıxıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan lideri Ramzan Kadırov müəmmalı şəkildə yoxa çıxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Ramzan Kadırovla şəxsi söhbətin videosunu Çeçenistan hökumətinin sədri Maqomed Daudov yayıb. Video yanvarın 30-da süfrə arxasında süfrə arxasında çəkilib. Ramzan Kadırov deyib ki, onunla hər şey qaydasındadır, hər gün tədbirlərə gedir, səfərlərə çıxır. “Mən bilmirəm, məni harda axtarırlar?” – deyə Çeçenistan rəhbəri 18 gündür ictimaiyyət qarşısına çıxmaması ilə bağlı şayiələrə münasibət bildirib.

Bir müddət əvvəl nazir Əhməd Dudayev Kadırovun yanvar tətilindən sonra hara “yoxa getdiyi” barədə danışmışdı.

//Samir Qurbanov, Editor.az