Çeçenistan lideri Ramzan Kadırov Yevgeni Priqojindən sonra növbəti qurban olacağı ilə bağlı xəbərlərə cavab verib.
Editor.az bildirir ki, o, öz Telegram kanalında bu cür bəyanatları Rusiyada nifaq salmaq üçün yayılmış məlumat adlandırıb.
“Bu gün xarici nəşrlərdə Rusiyadan inciyən, mənim gözlənilməz ölümümü proqnozlaşdıran yarımçıq politoloqların fikirləri məni heyran edir. Bir daha təkrarlamaqdan yorulmayacağam və fəxrlə deyəcəyəm: Mən Rusiya Ali Baş Komandanının əsgəriyəm və özümə aid deyiləm.
Mən dinə, Vətənə və onun mənafeyinə aidəm. Və Vladimir Vladimiroviçin istənilən əmrini yerinə yetirməyə hazıram, nəticə ölüm olsa belə”, – Kadırov deyib.
Onun sözlərinə görə, əgər “prezidentimizə hörmət məsələsində məndən daha sədaqətli biri olduğunu eşidərəmsə, yalnız o zaman mən “qəfildən ölə bilərəm”.
“Ona görə də, mən həmişə ölkəmiz daxilində nifaq salmaq üçün belə ucuz infobrolara nifrətlə yanaşıram. Onlarüçün – Çeçenistan Respublikasının Birinci Prezidenti, Rusiya Qəhrəmanı Ahmat Kadırovun komandasının sadiq əsgərləri üçün ölüm qorxulu bir şey deyil”, – Kadırov yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az