Ramzan Kadırov polisi öldürən şəxsin bütün qohum-əqrabasını sürgün edirbackend

Ramzan Kadırov polisi öldürən şəxsin bütün qohum-əqrabasını sürgün edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov əməkdaşın ölümü ilə nəticələnən polis postuna hücumun təşkilatçıları və icraçılarının ata və qardaşlarının regiondan qovulacağını açıqlayıb.

O, Telegram kanalında hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verdiyini yazıb. O, bu şəxslərin əmlakının müsadirə olunmasını da əmr edib. “Əgər bundan sonra onlar onları maliyyələşdirən Ukrayna üçün “işləməyi” dayandırmasalar, o zaman digər qohumları da qovulaca”, – Kadırov vurğulayıb.

Xatırladaq ki, hadisə bazar ertəsi axşam saatlarında Açxoy-Martan şəhərində baş verib. Yerli sakin bıçaqla yol polisi əməkdaşlarına hücum edib. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib. Polis əməkdaşlarından biri dünyasını dəyişib.

//Samir Qurbanov, Editor.az