Ramzan Kadırov: Qərb Rusiyanın qarşısında diz çökəcəkbackend

Ramzan Kadırov: Qərb Rusiyanın qarşısında diz çökəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada müharibənin bitəcəyini proqnozlaşdırıb. O hesab edir ki, məsələ bu ilin sonuna kimi həllini tapacaq və “Qərb diz çökəcək”.

Editor.az bildirir ki, bu barədə o, Çeçenistanın Milli Siyasət, Xarici Əlaqələr, Mətbuat və İnformasiya naziri Əhməd Dudayevə müsahibəsində deyib: “Qərb diz çökəcək və həmişə olduğu kimi, Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar.

Başqa cür olmamalıdır və olmayacaq”, – Kadırov bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri “öz siyasətlərinin yanlışlığını etiraf edirlər”.

//Samir Qurbanov, Editor.az