Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında Quranı yandırdığına görə həbs edilən Nikita Juravellə görüşün videosunu yayıb.
Söhbət zamanı Nikita Juravel İslamı qəbul etməyə hazır olduğunu bildirsə də, Kadırov onun niyyətinin səmimiliyinə inanmayıb və onu “təxribatçı” adlandırıb. Bundan əvvəl Çeçenistan rəhbəri oğlu Adamın Qroznı istintaq təcridxanasında cənab Juraveli döyməsinin videosunu dərc etmişdi.
//Samir Qurbanov, Editor.az

