Ramzan Kadırov rus dilinə görə, öz siyasi komandasının üzvlərinə “müharibə” elan edibbackend

Ramzan Kadırov rus dilinə görə, öz siyasi komandasının üzvlərinə “müharibə” elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov övladlarının çeçen kimi düşünmədiklərindən şübhələnərək, öz siyasi komandasının üzvlərinə rus dilinə görə “müharibə” elan edib.

Editor.az bildirir ki, Kadırov övladları “çeçen” dilini bilməyən bütün məmurları işdən çıxaracağını vəd edib. Çeçenistan lideri Qroznıda keçirilən “Noxçiin mettan gövzança” müsabiqəsinin finalında bununla bağlı söz verib. “Biz çeçen dilini populyarlaşdırmaq üçün çox iş görürük.

Amma elə olur ki, mənim komandamın nümayəndələrinin övladları çox vaxt çeçen dilini bilmirlər. Mən belə məmurları komandadan uzaqlaşdırmağa başlayacağam”, – “Chechnya Today” sitat gətirir.

Çeçenistan lideri qeyd edib ki, uşaqlara çeçen dilinin öyrədilməsi valideyn borcudur. İndi uşaq bağçalarında, məktəblərdə dərslər daha çox rus dilində aparılır. “Valideynlər də bunu tez-tez təşviq edirlər. Uşaqlar hətta artıq rus dilində düşünməyə başlayırlar”, – Kadırov deyib. Onun fikrincə, “çeçen dilində” danışmayan və düşünməyən nəslin gələcəyi ola bilməz, ona görə də “islahatlara” başlayacaq.

//Samir Qurbanov, Editor.az