Ramzan Kadırov “saqqal” məsələsinə aydınlıq gətirdibackend

Ramzan Kadırov “saqqal” məsələsinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov saqqalını niyə uzatdığına aydınlıq gətirib. O, bunu Ukraynada keçirilən “xüsusi əməliyyat”a görə etdiyini bildirib.

Editor.az-ın məlumatına görə, bundan əvvəl prezident Vladimir Putin Pyatiqorskda keçirilən Millətlərarası Münasibətlər Şurasının iclasında Kadırovun saqqalının uzandığını bildirmişdi. Çeçenistan lideri bildirmişdi ki, “azacıq uzanıb”. “Şəxsi görüşümüzdə Vladimir Vladimiroviç yenə saqqal haqqında zarafat etdi. Mən də izah etdim ki, mən onu “xüsusi hərbi əməliyyat” müddətinə buraxmışam”, – Kadırov teleqram kanalında bildirib.

Onun sözlərinə görə, çeçen döyüşçüləri də eyni şeyi edirlər. Onlar “xüsusi əməliyyat”da iştirak etməyi təkcə Vətən qarşısında borc deyil, həm də dini dəyərlərə və sağlam insanların ənənəvi institutlarına qəsd edənlərə qarşı müqəddəs cihad kimi başa düşürlər. xatırladaq ki, 2023-cü il mayın 21-də jurnalist Pavel Zarubin “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” proqramında Rusiya prezidenti Vladimir Putinlə Çeçenistan rəhbəri Ramzan Kadırov arasında “saqqal”la bağlı komik dialoq nümayiş baş vermişdi.

  //Samir Qurbanov,Editor.az