Ramzan Kadırov ukraynalı yeniyetmələri “hərbi-vətənpərvərlik ruhunda tərbiyə edəcək”backend

Ramzan Kadırov ukraynalı yeniyetmələri “hərbi-vətənpərvərlik ruhunda tərbiyə edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov Luqansk və Donetsk vilayətlərinin ruslar tərəfindən işğal olunmuş ərazisindən “problemli yeniyetmələri” “hərbi-vətənpərvərlik tərbiyəsi” məqsədilə üçün Çeçenistana gətirib.

Editor.az bildirir ki, bu barədə Kadırov Telegram-da yazıb. “Rusiya yeniyetmələri” federal proqramının icrası çərçivəsində Rusiyanın müxtəlif regionlarından, o cümlədən Luqansk və Donetsk Xalq Respublikalarından müvafiq orqanlarda qeydiyyatda olan 200 “çətin yeniyetmə” Çeçenistan Respublikasına gətirilib.

Regionda olduqları müddətdə onlarla hərbi-vətənpərvərlik tərbiyəsi məqsədilə profilaktik işlər aparılacaq”.

Kadırovun sözlərinə görə, ukraynalı uşaqları regionun görməli yerlərinə səfərlər, müxtəlif idman tədbirlərində iştirak, ustad dərsləri və məşhur çeçen idmançıları ilə görüşlərdən ibarət “zəngin proqram” gözləyir.

Çeçenistan lideri uşaqların Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində olduğunu və “gənc qonaqların hərbi sənətə böyük maraq göstərməsindən” məmnun olduğunu da bildirib.

  //Samir Qurbanov, Editor.az