Çeçenistanın lideri Ramzan Kadırov onun döyüşçülərinin Belqorod vilayətində Rusiya rabitə qülləsini dağıtması ilə öyünür.
“Putinin piyadası” əmin edir ki, bu, “Ukrayna Silahlı Qüvvələri ilə əlaqəni kəsmək” üçün edilib.
Editor.az xəbər verir ki, Kadırov uğurlu “əməliyyat”ı öz Telegram kanalında elan edib. Üstəlik, o, hətta “Kadırovun adamları”nın özlərinin retranslyatoruna mərmi atdığı videonu da nümayiş etdirib. “Düşmən rabitəsiz və əlavə qüvvələr çağırmaq imkanı olmadan qalacaq.
Bu, döyüşçülərimizə tez bir zamanda təşəbbüsü ələ keçirməyə və düşməni tez məhv etməyə imkan verəcək”, – deyə Kadırov inandırır.
//Samir Qurbanov, Editor.az

