Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam iştirak etmədiyi yarışda medal qazandıbackend

Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam iştirak etmədiyi yarışda medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Dubayda keçirilən BƏƏ SWAT Challenge xüsusi təyinatlıların yarışında yeni mükafat – medal alıb.

Dördüncü günün sonunda ən yaxşı nəticəni Respublika Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı alayının döyüşçülərindən ibarət “Axmat” komandası göstərib.

Editor.az bildirir ki, bu barədə “Kavkaz.Realii” xəbər verir. Qeyd olunur ki, Adam Kadırov müsabiqədə iştirak etməyib, lakin mükafatı almaq üçün səhnəyə ilk çıxan olub. Müvafiq videonun altındakı başlıqda Çeçenistan parlamentinin sədri Maqomed Daudov yazıb ki, Adam Kadırov yarışlarda respublikadan olan döyüşçülərə “dəstək verib”.

Eyni zamanda “Qroznı-inform” dövlət agentliyi qeyd edib ki, o, mükafatlandırma mərasimində atasının “mühafizə idarəsinin rəisi” kimi iştirak edib. Nəşr yazır ki, Çeçenistan hakimiyyəti Dubayda keçirilən “xüsusi qüvvələr yarışını” fəal şəkildə işıqlandırır. İlk dəfə olaraq keçən il yarışa döyüşçülər göndərdiklərini elan ediblər. “Axmat” komandası ümumi sıralamada birinci yeri tutdu.

//Samir Qurbanov, Editor.az