Rayonlarda bayram tətili: Maddi vəziyyətin çətinliyindən insanların əksəriyyəti heç istirahət haqda düşünmürbackend

Rayonlarda bayram tətili: Maddi vəziyyətin çətinliyindən insanların əksəriyyəti heç istirahət haqda düşünmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kütləvi turizmin inkişafı üçün ekonom- klass deyilən mehmanxanaların sayı çox olmalıdır. Bununla yanaşı, şəraitin normal, qiymətlərin optimal olması da vacib məsələlərdən biridir. Eyni zamanda, xidmət səviyyəsi yüksək təşkil edilməlidir. Bütün bunlar üçün rəqabət mühitinin yaranması, bölgələrin tarazlı inkişafının təmin edilməsi, böyük şəhərlərdən müxtəlif rayon və kəndlərə getməyə vətəndaşların maddi təminatı yüksək olmalıdır”.

Bu fikirləri Editor.aza açıqlamasında iqtisadçı alim, Sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

İqtisadçının sözlərinə görə, ənənəvi turizm bölgələrindən Qəbələ, İsmayıllı, Şəki, Zaqatala, Quba-Xaçmaz, Lənkəran, Astara, Göygöl və ətrafları dağ turizmi baxımından yayda daha cəlbedicidir:

“Qış tətilində isə insanlar daha sakit, şəhərdən kənar yerlər axtarışındadır. Ancaq statistik rəqəmlər onu göstərir ki, belə turizm əslində artıq Azərbaycanda elitar bir istirahət kimi təqdim olunur və gəlirləri yüksək olan vətəndaşlar üçün əlçatandır. Bununla da kütləvi turizmi inkişaf etdirmək mümkün deyil. Kütləviliyi artırmaq üçün müxtəlif şərtlər olmalıdır. Yol infrastrukturu normal olmalıdır. Çox təəssüf ki, Gəncə istiqamətdən başqa sürətli dəmir yol xətti çəkilməyib. Qəbələyə çəkilən dəmiryol xətti kütləvi istifadə olunmur, daha çox avtomobil transportindən istifadə olunur. Əgər belədirsə, o zaman bu məsələ daha çox diqqətdə saxlanmalı, avtomobil icarəsi daha əlçatan olmalıdır. Bütün bu şərtlər isə yenə də vətəndaşın maddi təminatına söykənən addımlardır. Çox təəssüf ki, Azərbaycanda turist dedikdə yalnız xarici turistlər nəzərə alınır. Ancaq dünya ölkələrində turizmin əsas təkanverici qüvvəsi daxili turizmdir. Daxili turizm də təşviq olunmalı, buna görə də maddi cəhətdən şərait yaradılmalıdır. Azərbaycanda isə kommunal xidmətlərin səviyyəsi və gəlirlilik, məşğulluq baxımından vətəndaşların mütləq əksəriyyəti heç istirahət haqqında düşünmür”.

//Gülnarə Abasova, Editor.az