“Rayonlarda turizm obyektlərinin sayının artırılmasına ehtiyac var, çünki…” – Millət vəkilindən ŞƏRHbackend

“Rayonlarda turizm obyektlərinin sayının artırılmasına ehtiyac var, çünki…” – Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aparılan monitorinqlər göstərir ki, bayramqabağı bölgələrdə, hətta paytaxt turizm obyektlərində qiymətlərdə kifayət qədər artım müşahidə edilir. Xüsusən rayonlarda qiymət artımı məsələsi daha aktualdır. Bəzi qiymətlər real tələb və təkliflərlə də uyğunlaşmır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, turizmin inkişafı baxımından xüsusilə rayonlarda turizm obyektlərin sayı artmalıdır:

” Yalnız 4 və 5 ulduz deyil, digər region otellərinin də sayını artırmağa ehtiyac var ki, bir tərəfdən rəqabət mühiti yaransın ki, bu da qismən də olsa qiymət artımının qarşısını alsın, digər tərəfdən isə bununla vətəndaşlara geniş seçim imkanı verilsin. Süni qiymət artımına qarşı obyektlərdə monitorinqlər aparılmalıdır. Ancaq uzunmüddətli dövr üçün daha vacib məsələ turizm sahəsində rəqabətin gücləndirilməsinə nail olmaqdır”.

//Gülnarə Abasova, Editor.az