Razi Əliyevanın insan alveri ilə məşğul olması haqda DİN-dən AÇIQLAMAbackend

Razi Əliyevanın insan alveri ilə məşğul olması haqda DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-i tanınmış model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı məlumat yayıb və Azərbaycan polisindən yardım istəyib.

Z.Hüseynzadə isə öz növbəsində R.Əliyevanın yalan danışdığını, onun insan alveri ilə məşğul olduğunu və narkotik vasitə istifadə etdiyini iddia edib. Modelin sevgilisi qarşılıqlı olaraq hüquq mühafizə orqanlarına müraciət edib.

Razi Əliyeva ilə bağlı yayılan xəbəri dəqiqləşdirmək üçün Globalinfo.az Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

DİN-dən məsələnin araşdırıldığı bildirilib:

“Hazırda hər iki şəxslə bağlı qarşılıqlı ittiham əsasında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”, – deyə bildirilib.

Qeyd edək ki, Z.Hüseynzadə ailəlidir və 2 övladı var. O, bu gün R.Əliyevanın şikayəti əsasında saxlanılıb.

Redaksiyamıza daxil olan daha bir məlumata görə isə, Razi Əliyeva daha öncə tanınmış cütlüyün boşanmasına səbəb olub.

Razi Əliyevanın mövqeyini dərc etməyə hazırıq.