Razılaşma olmadı: İrəvan yenə bu əraziləri gündəmə gətirir – 11 gün sonra bilindibackend

Razılaşma olmadı: İrəvan yenə bu əraziləri gündəmə gətirir – 11 gün sonra bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında iyulun 1-də imzalanmalı olan demarkasiya komissiyasının əsasnaməsinin detalları hələ də tam razılaşdırılmayıb. 

Nəşr adı açıqlanmayan rəsmi mənbəsinin verdiyi məlumatlara istinadən bildirir ki, danışıqların konstruktiv məcraya daxil olmayıb.

Qeyd edilir ki, sərhəd xətlərinin müəyyən edilməsi yekunlaşmalı, yalnız bundan sonra əsasnamə imzalanmalıdır. Beləlik, prosesin Almatı bəyannaməsi üzrə və dəqiq hansı dövrün xəritələri əsasında aparılacağı rəsmiləşdirilməlidir.

Nəşr yazır ki, Ermənistan tərəfi Azərbaycanın tələbi ilə demarkasiyanın Tavuşdan başladığını əsas göstərərək, bu dəfə prosesin Cermuk və Geqarkunik istiqamətində davam etdirilməsini istəyir. İrəvan iddia edir ki, guya növbəti addım da Azərbaycanın maraqları üzrə olarsa, bu zaman Ermənistan daxilində gözlənilməz proseslər yaşanacaq, ciddi problem olacaq.

İddiaya görə, rəsmi Bakı prosesin Zəngəzur və Naxçıvan istiqamətində aparılmasını, burada Kərkinin qaytarılması məsələsini həll etmək istəyir. Hətta Qazaxın digər 3 kəndi və Kərkinin demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi üçün İrəvana müraciət ediləcəyinə dair məlumatların olduğu bildirilir.

Qeyd edək ki, Ermənistan guya Cermuk və Geqarkunik istiqamətində bəzi ərazilərin Azərbaycanın nəzarətində olması haqda absurd iddia irəli sürülür. İrəvanın bu yolla sülhdən yayınmağa və vaxt qazanmağa çalışdığı deyilir.

Globalinfo.az