Dünən UEFA Avropa Konfrans Liqasının 1/8 finalı çərçivəsində baş tutan “Marsel” və PAOK arasındakı matçdan əvvəl və matç zamanı xoşagəlməz hadisələr yaşanıb.
Editor.az “sporx”a istinadən xəbər verir ki, bir qrup fransız azərkeş PAOK klubunun yerləşdiyi hotelə hücum çəkib. Nəticədə yaranan iğtişaş zamanı otelin təhlükəsizlik xidmətinin əməkdaşları da xəsarət alıb.Eyni zamanda şəhərdə olan PAOK tərəfdarları da “Marsel” azərkeşlərinin hücumuna məruz qalıb.
Matçdan sonra açıqlama verən PAOK-un baş məşqçisi Razvan Lusesçu fransız tərəfdarlarının Yunanıstana gəlməməsini istəyib.
“Ümid edirəm ki, Fransada bizi qarşıladığınız kimi Yunanıstanda da qarşılamayacaqsız. İkinci oyunun sizin azərkeşləriniz olmadan keçirilməsini istəyirəm. Yunanıstana gəlməyin. Bu gün Marsel şəhərinə və onun sakinlərinə yaraşmayan hadisələrin şahidi olduq. Bu yaşananlar “Marsel” klubunun imicinə mənfi təsir göstərən hadisələrdir”,- baş məşqçi bildirib.
“Marselin” baş məşqçisi Xorxe Sampaoli isə hadisələrin səngiməsini istəyir. O qeyd edib ki, cavab görüşü meydanda ancaq maraqlı futbol oyunu ilə yadda qalacaq.
Qeyd edək ki, qarşılaşma 2:1 “Marsel”in xeyrinə başa çatıb.

