ABŞ-ın paytaxtı Vaşinqtona gedən RDIF prezidenti Kirill Dmitriyev sosial media platforması X paylaşımında onu daşıyan təyyarənin marşrutunun ekran görüntüsünü paylaşaraq Rusiya-ABŞ dialoqunun əhəmiyyətinə diqqət çəkib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Siyasətdən asılı olmayaraq, ABŞ və Rusiya arasında dialoq vacibdir. Söhbət hamı üçün daha təhlükəsiz, daha firavan dünya qurmaqdan gedir”, – Dmitriyev yazıb.
//Gülnarə Abasova, Editor.az

