“Real”dan Ronaldo ilə bağlı gözlənilməz addımbackend

“Real”dan Ronaldo ilə bağlı gözlənilməz addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real” gözlənilmədən qış fasiləsində “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə danışıq aparmağı planlaşdırır.

Editor.az apasport.az-a istinadən xəbər verir ki, “kral klubu” sabiq forvardını ikinci yarıdan etibarən sərəncamına cəlb etmək niyyətindədir.

Ralf Ranqnikin “qırmızı şeytanlar”a baş məşqçi təyin olunması madridlilərin bu keçid üçün iştahasını artırıb. Onların fikrincə, Ranqnikin Premyer Liqa təmsilçisindəki oyun üslubu və temp tələbi 36 yaşlı oyunçuya uyğun deyil. Bu üzdən ispanlar gələn ay Portuqaliya millisinin kapitanına təklif göndərməyi qərara alıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-2018-ci illərdə “Real”ın formasını geyinib. O, “Mançester Yunayted”ə bu ilin yayında “Yuventus”dan keçib.