REAL funksioneri Abel Məhərrəmova multfilm dedibackend

REAL funksioneri Abel Məhərrəmova multfilm dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abel Məhərrəmov YAP İdarə Heyəti üzvüdür. O, YAP qurultayı haqqında məlumat verib. “Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik”,-deyə qeyd edib. Adam partiyanın İdarə Heyətində təmsil olunur, formal olaraq məhz İdarə Heyəti qurultayın çağırılması səbəbini, gündəliyini müzakirə edib təsdiq etməlidir. Amma Abel müəllim deyir ki, mənim heç nədən xəbərim yoxdur, niyə qurultay olduğunu, nə müzakirə olacağını bilmirəm. Nə deyim daha, əsl multfilmdir”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O, görülən tədbirlərlə bağlı gözləntilərini də qeyd edib:

“Prezident 10 milyonluq xalqı təmsil etmək istəyirsə, partiya sədrliyindən istefa verməli, YAP ideoloji təmələ oturmağı, sivil siyasi rəqabət şəraitində fəaliyyət göstərməyi öyrənməlidir.

Siyasi rəqibimiz olan YAP-a arzum budur ki, seçkidən-seçkiyə ayaqların mobilizə etməkdən vaz keçib beyinlərə təsir etməyi öyrənsinlər. Bu zaman siyasi səhnə təmizlənər, siyasət dəyərlərin və ideoloji tezislərin mübarizəsinə köklənər”.