“Real” – “Hetafe” oyununda 1 qol vuruldubackend

“Real” – “Hetafe” oyununda 1 qol vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İspaniya çempionatının 33-cü turunda Madridin “Real” klubu öz meydançasında “Xetafe”ni məğlub edib.

Editor.az Trend-ə istinadən bildirir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu Serxio Ramos vurub. Müdafiəçi 79-cu dəqiqədə penalti zərbəsini vurarkən fərqlənib.

“Real” ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanır və turnir cədvəlində liderliyini davam etdirir. Klub 74 xal toplayaraq ikinci yerdə qərarlaşan “Barselona”nı dörd xal qabaqlayır. “Hetafe” 52 xalla altıncı yerdədir.

İyulun 5-də növbəti turda Zinəddin Zidanın yetirmələri “Atletik”lə oynayacaqlar. “Hetafe” eyni gündə “Osasuna” ilə görüşəcək.