İsveç prokurorları oktyabrın 10-da Stokholmda törədilən zorlama iddiası ilə bağlı araşdırmaya başladıqlarını təsdiqləyiblər.
Qeyd edək ki, daha əvvəl mətbuat “Real”ın hücumçusu Kilian Mbappenin şübhəli ola biləcəyini yazmışdı.
Dünən, oktyabrın 14-də İsveçin “Aftonbladet” və “Expressen” qəzetləri ötən həftə Kilian Mbappenin iki günlük İsveçə gəldiyini, burada klub və restoranlarda vaxt keçirdiyini yazıb. Futbolçu ölkəni tərk etdikdən sonra oktyabrın 10-da Stokholm polisinə şəhərin mərkəzindəki oteldə zorlama faktı barədə məlumat daxil olub.
Nəşrlərin yazdığına görə, şikayət edən qadın cinayətdə Killian Mbappeni ittiham edib. “Aftonbladet” qeyd edib ki, futbolçunun qaldığı otellə ərizədə göstərilən yerlə bağlı məlumat üst-üstə düşür (materialda otelin adı göstərilmir).
Bu gün, oktyabrın 15-də prokuror Marina Çirakova “TV4 News”a bildirib ki, müstəntiqlər həqiqətən də oktyabrın 10-da oteldə törədilən zorlama iddiası ilə bağlı araşdırma aparırlar. “Hadisədə adı çəkilən şəxsin iştirak edib-etmədiyini təsdiq edə və ya təkzib edə bilmərəm” – o, deyib.
“
Yalan xəbər!!! Dinləmə ərəfəsində o qədər proqnozlar verilir ki, sanki təsadüfən olub”, – Kilian Mbappe oktyabrın 14-də X sosial şəbəkəsində yazıb. Bu gün, oktyabrın 15-də futbolçu Paris Saint-Germain klubu ilə ödənilməmiş maaşla bağlı mübahisə ilə bağlı məhkəmə iclasında iştirak etməlidir. Kilian Mbappenin nümayəndələri AFP ilə söhbətində media yazılarını “böhtan dolu şayiələr” adlandırıblar.
“Pari Saint-Germain”ə yaxın mənbə agentliyə bildirib ki, klub Kilian Mbappenin mediada zorlama ilə bağlı yayılan xəbərləri hüquqi mübahisə ilə əlaqələndirən bəyanatını rədd edəcək.
//Samir Qurbanov, Editor.az