“Real Madrid”ın ən gənc qol vuran əcnəbi futbolçusu kimi rekorda imza atan hücumçu Endrik 21 yaşlı model Qabrieli Miranda ilə evlənib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Endrik və Qabrieli ötən ilin oktyabrında görüşməyə başlayıblar.
Xatırladaq ki, Endrik 2024-cü ilin yayında 47.5 milyon avroya “Palmeyras”dan “Real Madrid”ə keçib.