“Real Madrid”in hücumçusu Vinisius Junior, doğma şəhəri olan Braziliyanın San-Qonçalo şəhərində tərk edilmiş dövlət məktəbini bərpa etmək üçün təxminən üç milyon avro sərf edəcək.
Bərpa ediləcək məktəb gələcəkdə beş minə yaxın şagirdi qəbul edə biləcək. Məktəbdə pulsuz təhsil, idman və mədəniyyət sahələrində imkanlar yaradılacaq.
Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümünün sonunda “Qızıl Top”a əsas namizəddir. O, Çempionlar Liqasının finalında birdən çox qol vuran ilk braziliyalı futbolçu olub.
Oxu.az

