“Real Madrid”in yeni hədəfi: Serj Qnabribackend

“Real Madrid”in yeni hədəfi: Serj Qnabri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kilian Mbappenin PSG-də qalmasına qərar verməsindən sonra “Real Madrid” transfer bazarında aktivliyini artırıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, Aurelyen Tçuameni ardından “Real Madrid” Almaniyanın “Bayer Münhen” klubunda forma geyinən Serj Qnabri ilə danışıqlara başlayıb. “Real Madrid”lə danışıqlara başlayan Qnabri 2023-cü ilin yayında Münhen təmsilçi ilə müqaviləsi bitir.

Xatırladaq ki, Qnabri 2017-ci ildə “Verder Bremen”ndən “Bayer Münhen”ə 8 milyon avroya transfer olmuşdu.

Qeyd edək ki, Serj Qnabri bu mövsüm çıxdığı 45 oyunda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy, Editor.az