“Real Madrid” Luka Modriçlə müqavilənin vaxtını uzatdıbackend

“Real Madrid” Luka Modriçlə müqavilənin vaxtını uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”də gələcəyi sual altında olan Luka Modriçlə bağlı məsələ öz həllini tapıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, xorvat oyunçu ilə klubun yeni müqaviləsinə əsasən Modriç daha bir il “Kral” klubunun şərəfini qoruyacaq. 10 mövsümdür “Real Madrid”də top qovan Modriç artıq klubun əfsanələrindən biri olmağı bacarıb. Belə ki, onun 2018-ci ildən bəri qazanılan 20 kubokda xidməti olub.

Qeyd edək ki, 36 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsüm Madrid təmsilçisinin heyətində 45 oyuna çıxıb. O bu 45 oyunda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az