“Zaltsburq”un yarımmüdafiəçisi Karim Adeyemi İspaniyana nəhənglərindən “Real Madrid”in və “Barseloniya”nın diqqət mərkəzindədir. Editor.az-ın Türkiyənin Sporx.com saytına istinadən verdiyi məlumata görə artıq “Barseloniya” nümayəndələri Adeyemi ilə görüş də keçirib. Bir müddət əvvəl gənc futbolçunun adı Dortmund “Borusiyyası”na transferlə hallanırdı. Ancaq “Zaltsburq”un Ademyemi üçün təyin etdiyi 42 milyon avro transfer məbləği almanları bu fikirdən döndürdü.
Onu qeyd edək ki, cari mövsümdə 33 oyunda forma geyinən 20 yaşlı Karim Adeyemi 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev Editor.az

