“Real” İspaniya La Liqasında növbəti oyununu keçirib.
Editor.az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi öz meydanında “Valensiya” ilə qarşılaşıb. Görüş “Real”ın qələbəsi ilə yekunlaşıb – 2:0.
“Real” – “Valensiya” – 2:0
Qollar: Benzema, 12, Kroos, 42
Bu qələbə ilə xallarını 49-a çatdıran “kral klubu” 2-ci pillədəki mövqeyini möhkəmləndirib. “Barselona” 46 xalla 3-cüdür. Turnir cədvəlinə 54 xalla “Atletiko” başçılıq edir.

