Rəcəb Tayyib Ərdoğan 2033-cü ilə qədər Türkiyə prezidenti olacaq?backend

Rəcəb Tayyib Ərdoğan 2033-cü ilə qədər Türkiyə prezidenti olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəcəb Tayyib Ərdoğan 2033-cü ilə qədər Türkiyəyə rəhbərlik etməyi planlaşdırıb-planlamaması ilə bağlı sualı cavablandırıb.

Editor.az xəbər verir ki, bu barədə o, CNN-ə müsahibəsi zamanı deyib. Türkiyə liderinin sözlərinə görə, “Mövcud qaydalara görə, prezident yalnız iki dəfə seçilə bilər.

Mənim birinci müddətim başa çatıb, indi ikinci müddətə seçkilər var. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin müxalif siyasətçiləri Ərdoğanın 2023-cü il seçkilərində iştirak etmək hüququnun olmadığına təkid edir və qələbə qazanacağı təqdirdə bunu qanunazidd olan üçüncü prezidentlik hesab edirdilər.

Bununla belə, Türkiyənin Ədliyyə Nazirliyi bu müddətin ölkə 2018-ci ildə parlament idarəetmə formasından prezident idarəetmə formasına keçdikdən sonra Ərdoğan üçün ikinci müddət olacağını bildirmişdi.

 //Samir Qurbanov, Editor.az