Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcəkbackend

Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edə bilər.

Editor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

O, həmçinin ABŞ prezidenti Donald Trampın da Türkiyəyə səfər edə biləcəyini deyib: “Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Trampın Türkiyəyə səfəri də mümkündür”, – Hakan Fidan bildirib. O qeyd edib ki, onlar səfər ərəfəsində mayın 24-25-də NATO-nun Haaqada keçiriləcək sammitində görüşə bilərlər. Ərdoğan və Tramp tez-tez telefonla əlaqə saxlayır və son dərəcə məhsuldar danışıqlar aparırlar.

Xatırladaq ki, Donald Tramp mayın 5-də telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğanı ABŞ-a dəvət etmişdi. Təxmini tarixlər hələ məlum olmasa da, Türkiyə mediası liderlərdən birinin səfərinin iyunda baş tutacağını ehtimal edir.

//Samir Qurbanov, Editor.az