Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfərini təxirə salıbbackend

Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfərini təxirə salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a mayın 9-na planlaşdırılan səfərini təxirə salıb.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, yaxın vaxtlarda cənab Ərdoğanın ABŞ-a səfəri üçün yeni tarix seçiləcək. Onun sözlərinə görə, səfər Türkiyə prezidentinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar təxirə salınıb.

O, səfərin təxirə salınmasının konkret səbəbinin nə olduğunu açıqlamayıb. “Reuters” qeyd edir ki, Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri rəsmi olaraq açıqlanmayıb. Türkiyə və ABŞ prezidentlərinin görüşü 2019-cu ildən bəri ilk görüş olmalı idi.

Qeyd edək ki, ABŞ və Türkiyə arasında münasibətlər uzun müddətdir ki, Suriya, Rusiya və Qəzza zolağı ətrafında yaranan fikir ayrılıqlarına görə gərgin olub. Yanvarda Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib və bundan sonra Ankara ilə Vaşinqton arasında münasibətlər istiləşib.

//Samir Qurbanov, Editor.az