Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etməyəcəkbackend

Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək üçün Moldovaya getməyəcək.

Editor.az bildrir ki, bu barədə “Politico” nəşri tədbirə hazırlıqla məşğul olan üç məmura istinadən məlumat yayıb. Sammitin iyunun 1-2-də keçirilməsi planlaşdırılır. Nəşr qeyd edir ki, Türkiyə liderinin iştirakdan imtinası “son dəqiqələrdə” baş verib. İmtina səbəbləri göstərilmir.

Qeyd edək ki, ASB Sammiti Kişinyovda keçiriləcək. Moldovanın xarici işlər naziri Niku Popesku bildirib ki, sammitə dəvət olunmuş 50 dövlət və hökumət başçısından 44-ü qatılacaq. ASB Fransa prezidenti Emmanuel Makron tərəfindən 2022-ci ilin mayında yaradılan təşkilatdır və təhlükəsizliyin və sabitliyin birgə möhkəmləndirilməsini nəzərdə tutur. ASB-ə digər məsələlərlə yanaşı, Aİ-yə daxil olmayan ölkələr – Türkiyə, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova daxildir.

  //Samir Qurbanov,Editor.az