Rəcəb Tayyib Ərdoğan Bağdada gedəcəkbackend

Rəcəb Tayyib Ərdoğan Bağdada gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq paytaxtına rəsmi səfərə gedəcək.

Editor.az bildirir ki, bu barədə məlumatı Türkiyənin “A Haber” kanalı yayıb. Səfərin aprelin 22-də baş tutmalı olduğu bildirilir. Bu, Türkiyə prezidentinin son 12 ildə İraqa ilk səfəridir.

Respublika başçısının administrasiyası son həftələr səfərə fəal hazırlaşır. Səfər zamanı bir sıra sənədlərin imzalanacağı bildirilir. O cümlədən, terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin bağlanması nəzərdə tutulur. Türkiyə hakimiyyəti Şimali İraqda Kürdüstan Fəhlə Partiyasına qarşı yeni əməliyyat təşkil etmək niyyətindədir. Ərdoğanın İraq səfərindən sonra Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ankaraya səfəri planlaşdırılır.

Türkiyə və Almaniya başçıları iqtisadi və ticarət əməkdaşlığı ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırırlar. Hakimiyyət Avropaya inteqrasiya mövzusuna da toxunacaq. May ayında Rəcəb Tayyib Ərdoğan ABŞ-a getməyi və Amerika prezidenti Co Baydenlə görüşməyi planlaşdırır. Bundan əlavə, may ayında Misir və Yunanıstanın hakimiyyət nümayəndələrinin Türkiyəyə səfəri gözlənilir.

//Samir Qurbanov, Editor.az