Rəcəb Tayyib Ərdoğan Benyamin Netanyahunu Qəzza zolağının “qəssab”ı adlndırdıbackend

Rəcəb Tayyib Ərdoğan Benyamin Netanyahunu Qəzza zolağının “qəssab”ı adlndırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun adını Qəzza zolağının “qəssab”ı kimi tarixə həkk etdiyini bildirib.

Editor.az bildirir ki, Ərdoğan bunu hazırda hakim olan Ədalət və İnkişaf Partiyasının toplantısında deyib. “Keçən əsrin Qəzzada ən böyük vəhşiliklərindən birini törədən Netanyahu artıq öz adını “Qəzzanın qəssabı” kimi tarixə yazdırıb”.

Türkiyə prezidenti həmçinin İsrailin baş nazirini antisemitizmi qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağında 2,3 milyon insana qarşı “soyqırım törədib”.

Bundan əlavə, Ərdoğan İsrailin baş nazirinin “bütün yəhudilərin təhlükəsizliyini təhlükə altına atdığını” deyib. Çərşənbə günü parlamentin iclasında Rəcəb Tayyib Ərdoğan da Qəzza zolağında hərbi cinayətlərə görə İsrail hakimiyyətini məsuliyyətə cəlb etmək niyyətində olduğunu təsdiqləyib.

“Qərb ölkələrinin laqeydliyini heç vaxt unutmayacağıq. İsrail qanun qarşısında cavab verəcək”, – deyə cənab Ərdoğan bildirib.

//Samir Qurbanov, Editor.az