Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində Suriya prezidenti Bəşər Əsədlə görüş keçirə bilər və belə bir görüş Moskvada baş tuta bilər.
Editor.az bildirir ki, bu barədə Türkiyənin hökumətyönlü “Daily Sabah” qəzeti öz mənbəsinə istinadən yazıb: “Ərdoğan və Əsəd arasında ilk görüşün Moskvada keçirilməsi planlaşdırılır, görüş avqustda baş tuta bilər”, – mənbə bildirir. Mənbənin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İraqın baş naziri Məhəmməd əl-Sudani iki dövlət başçıları arasında danışıqlarda vasitəçi kimi çıxış edə bilərlər.
Mənbə əmindir ki, dost olmayan dövlətlərin başçıları bir-biri ilə ticarətlə bağlı danışacaqlar – siyasi məsələlər, xüsusən də Türkiyə qoşunlarının Suriyadan çıxarılması daha sonra müzakirə olunacaq. Yada salaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Müdafiə Universitetinin məzunları qarşısında çıxış edərkən İraqın respublikaya bitişik ərazilərində hərbi əməliyyatların dayandırılması planlarından danışıb və Kürdüstan Fəhlə Partiyasına qarşı fəal hərəkətləri dayandıracağına söz verib. Terror qruplaşması PKK-nın Suriya ilə sərhəddəki əraziləri demək olar ki, tamamilə zərərsizləşdirilib ki, bu da hərbi əməliyyatın tamamlanmasına şərait yaradır.
//Samir Qurbanov, Editor.az

