Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını yıxıb-sürüdü: soyqırımı dayandıra bilmirsinizsə, kimə lazımsınız?backend

Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını yıxıb-sürüdü: soyqırımı dayandıra bilmirsinizsə, kimə lazımsınız?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını (BMT) Qəzza zolağında “soyqırımı dayandırmamaqda” ittiham edib.

O, təşkilatın hətta öz yardım işçilərinin də ölümünün qarşısını ala bilmədiklərini, buna görə də onu “ölü ruh” hesab etdiyini söyləyib: “Birləşmiş Millətlər! Bütün bəşəriyyətin canlı izlədiyi soyqırımı dayandıra bilmirsinizsə, 21-ci əsrdə siz kimə lazımsınız? Əgər dünyanın gələcəyi beş ölkənin şıltaqlığından asılıdırsa, o zaman bu qədər pul xərcləyən və bu qədər insana iş verən bu nəhəng binalara nə ehtiyac var”, – deyə Ərdoğan Türkiyə parlamentində keçirilən iclasda bildirib. Türkiyə lideri onu da bildirib ki, Qəzza zolağında insanlar ölürsə, Avropada demokratiya və insan haqları ölür.

Onun fikrincə, indi heç bir avropalı demokratik dəyərlər və söz azadlığı haqqında “təkəbbürlə danışmamalıdır”. “İsrail Qəzzada insanları öldürür, Avropa isə öz dəyərlərini öldürür. Özünün yartdığı bütün dəyərləri ayaqları altında tapdalayır”, – deyə Türkiyə prezidenti əlavə edib.

//Samir Qurbanov,Editor.az