Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.
Editor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Ərdoğan bildirib ki, o, Təhlükəsizlik Şurasının qaydalarının dəyişdirilməsinə təcili ehtiyac görür: “Bəşəriyyətin taleyinin 5 dövlətin (Təhlükəsizlik Şurasının veto hüququ ilə daimi üzvləri. – Red.) əlində olduğu indiki dünya qeyri-stabildir.
Biz təcili olaraq BMT Təhlükəsizlik Şurasında hərtərəfli və əhatəli anlaşma ilə islahatlar aparmalıyıq”, -Ərdoğan bildirib. O, qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında “ədalətli sülh”ün mümkünlüyünə inanır. Bu da hər iki tərəfə vəziyyətdən adekvat şəkildə çıxmaq və bölgəmizə düşdüyü burulğandan çıxmaq imkanı verəcək” Xatırladaq ki, Təhlükəsizlik Şurası veto hüququna malik Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Çin də daxil olmaqla BMT-nin beş daimi üzvdən, həmçinin rotasiya əsasında 10 üzv ölkədən ibarətdir.
//Samir Qurbanov,Editor.az

