Rəcəb Tayyib Ərdoğan bu günkü seçkiqabağı görüşlərini ləğv edibbackend

Rəcəb Tayyib Ərdoğan bu günkü seçkiqabağı görüşlərini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 26-da seçki kampaniyası çərçivəsində Türkiyə şəhərlərinə səfərlərini ləğv edib.

Editor.az Türkiyə mənbələrinə istinadən bildirir ki, belə bir qərar həkimlərin tövsiyəsi ilə verilib: “Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəyəm. Təəssüf ki, bu gün Yozqat Kırıkkaleli qardaşlarımla görüşə bilməyəcəyik”, – deyə Türkiyə lideri Telegram kanalında yazıb.

Onun sözlərinə görə, həmin görüşlərdə partiyasını vitse-prezident Fuad Oktay təmsil edəcək. Xatırladaq ki, dünən – aprelin 25-də canlı yayımda Türkiyə liderinin halı pisləşib. Ərdoğan mədə qripi səbəbindən efirdə özünü yaxşı hiss etməyib.

  //Samir Qurbanov,Editor.az