Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edibbackend

Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.

Editor.az bildirir ki, bu barədə Ərdoğan Türk Dövlətləri Təşkilatının Astanada keçirilən sammitində çıxış edərkən deyib. Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirməlidir. “Dil bizim birliyimiz üçün ortaq əlifba kimi, çox vacibdir.

Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız təşkilatın katibliyinə öz tövsiyələrini verib. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, – Ərdoğan deyib. O, 2024-cü ildə vahid əlifbanın yaradılması işinə başlamağa çağırıb. Türkiyə prezidentinin sözlərinə görə, bütün türk ölkələri qarşılaşdıqları problemlərlə effektiv şəkildə mübarizə aparmaq üçün “bir yerdə olmalıdırlar”.

Xatırladaq ki, ötən il də Ərdoğan vahid türk əlifbası yaratmaq ideyası ilə çıxış etmiş, lakin həmin təklifə dəstək ala bilməmişdi.

//Samir Qurbanov, Editor.az