Ukraynada dərhal atəşkəs elan edilməlidir.
Editor.az bildirir ki, bunu Türkiyə prezidenti administrasiyasının kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun bildirib. Altun Vladimir Zelenskinin Ankaraya işgüzar səfəri ilə bağlı müvafiq mesaj yayıb.
Onun sözlərinə görə, Ərdoğan Zelenski ilə görüşdə Ukrayna nizamlanmasındakı mövcud vəziyyətin bütün aspektlərini nəzərdən keçirəcək: “Səfər zamanı baş tutacaq ikitərəfli və nümayəndə heyətləri arası görüşlər zamanı prezidentimiz ölkəmizin atəşkəsə yanaşmasını və gecikmədən sülh danışıqlarına başlayacağını vurğulayacaq”, – Fahrettin Altun vurğulayıb.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqları bu gün səhər İstanbulda başlamalı idi. Lakin onlar günün ikinci yarısına qədər təxirə salınıb. Lakin görüşlə bağlı hələlik yekun dəqiqlik yoxdur.
//Samir Qurbanov, Editor.az

