Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində ədalətli və davamlı sülhə nail olmaq hələ də uzaqdır.
“Ukrinform” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Ərdoğan sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib. “Ukraynada müharibənin üçüncü ili başa çatmaq üzrə olsa da, biz hələ də ədalətli və davamlı sülhə nail olmaqdan uzağıq”, – deyə Ərdoğan vurğulayıb Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan diplomatiya və dialoq yolu ilə müharibəni bitirin”.
Türkiyə prezidenti həmçinin BMT-nin səmərəsiz fəaliyyətini qeyd edərək, təşkilatda, xüsusən də BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.
//Samir Qurbanov, Editor.az