Rəcəb Tayyib Ərdoğan Ermənistana müraciət etdibackend

Rəcəb Tayyib Ərdoğan Ermənistana müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycan Respublikası ilə sülh müqaviləsi bağlamaq fürsətini əldən verməməli və Qərb tərəfdaşlarının təzyiqindən imtina etməlidir.

Editor.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan EFES-2024 beynəlxalq təliminə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda Ermənistan Respublikası regionda davamlı sülhə nail olmaq üçün unikal imkana malikdir. Prezident həmçinin vurğulayıb ki, respublikanın gələcəyi region dövlətləri ilə bağlıdır, ona görə də Ermənistan hakimiyyəti Cənubi Qafqazda sabitliyə nail olmaq üçün əlindən gələni etməlidir: “Bu fürsət əldən verilməməli və Ermənistan üçüncü dövlətlərin və onun xaricdəki diasporasının zərərli təsirindən qurtulmalıdır.

Bu, ona əsrlər boyu birgə yaşadığı və gələcəkdə də birgə yaşamağa davam edəcəyi qonşuları ilə yaxınlaşdıracaq. Ermənistan da bu məqsədlərə çatmaq üçün lazım olan hər şeyi etməyə cəsarət etməlidir”, – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

//Samir Qurbanov, Editor.az