Rəcəb Tayyib Ərdoğan: Fəlakət zonasındakı vəziyyəti siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdirbackend

Rəcəb Tayyib Ərdoğan: Fəlakət zonasındakı vəziyyəti siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəcəb Tayyib Ərdoğan fəlakət zonasının bərpası mövzusu ilə siyasi məqsədlər üçün manipulyasiyaların yolverilməz olduğunu bəyan edib.

Editor.az-ın məlumatına görə, Türkiyə prezidenti qeyd edib ki, prezident seçkilərinin ikinci turu ərəfəsində təbii fəlakət zonasına yardımın bir növ dayandırılması və ya evlərini itirmiş insanların otellərdən qovulması ilə bağlı yalan iddialar səsləndirilir.

“Mən hələ sosial mediada aparılan dezinformasiya kampaniyalarını demirəm”, – Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti fevralın 6-da baş vermiş zəlzələlər nəticəsində zərər çəkmiş vətəndaşlara dəstək səylərini bir an belə dayandırmır.

 //Samir Qurbanov,Editor.az