Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiyaya rəsmi səfər edəcək.
Editor.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib. “Daily Sabah” qəzetinə müsahibəsində siyasətçi deyib ki, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşü Moskvanın “taxıl müqaviləsi”nə qayıtması istiqamətində böyük addım ola bilər.
İyun ayından bəri Putin və Ərdoğan arasında gözlənilən görüş barədə söhbətlər gedir.
Mətbuat iki dövlətin prezidentləri arasında danışıqların Türkiyədə baş tuta biləcəyini yazsa da, son vaxtlar Türkiyə liderinin Rusiyaya səfəri haqda danışılır.
//Samir Qurbanov, Editor.az