Rəcəb Tayyib Ərdoğan III Dünya Müharibəsi təhlükəsi haqqındabackend

Rəcəb Tayyib Ərdoğan III Dünya Müharibəsi təhlükəsi haqqında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan III Dünya Müharibəsinin başlama təhlükəsindən danışıb.

“Anadolu” yazır ki, jurnalistlər ondan Qazaxıstandan qayıdarkən qlobal qarşıdurma ehtimalı ilə bağlı son açıqlamalarına qiymət verməsini istəyiblər. Ərdoğanın sözlərinə görə, Qərbdə bu məsələdən narahat olan ölkələr var:

“Onlar üçüncü dünya müharibəsinin tərəfdarı olan yanaşma nümayiş etdirirlər. Bildiyiniz kimi, silah alverçilərinin bazara ehtiyacı var. Silah alverçiləri üçün bazar isə Qərbdir. Bu məsələ ilə bağlı Putin son açıqlamalarında bildirib ki, o sülh , tərəfdarıdır. Çünki tərəflərin yorğun olduğu açıq-aydın görünür”, – deyə Ərdoğan əlavə edib. Türkiyə lideri qeyd edib ki, İstanbul hadisələri izləyir və ümid edir ki, Ukrayna və Rusiya tezliklə sülh razılaşmasına nail ola biləcəklər.

//Samir Qurbanov, Editor.az