Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə ikinci Yaxın Şərq turuna çıxmaq niyyətindədir.
Editor.az bildirir ki, bu barədə CNN Türk telekanalı məlumat verib. İyulun ortalarında Ərdoğan artıq Fars körfəzi ölkələrinə üç günlük səfər edib və bu, Türkiyəyə bir sıra böyük investisiya sazişləri gətirib.
Qeyd edək ki, Türkiyə prezidentinin ilk turuna Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxil idi. Səfərdən böyük gözləntilər özünü doğruldub, Türkiyə iqtisadiyyatı ciddi vəsait cəlb edə bilib, müdafiə və enerji sahələrində də daxil olmaqla böyük ixrac müqavilələri imzalanıb.
Bu dəfə Türkiyə lideri əməkdaşlıq coğrafiyasını genişləndirmək və regionun digər dövlətlərinə – Bəhreyn, Oman, Küveyt və İraqa səfər etmək niyyətindədir.
//Samir Qurbanov, Editor.az

